Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu keçirib.
Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Bakıda Fransa yığmasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 3:1.
Hesabı 4-cü dəqiqədə Renat Dadaşov açıb.
Qonaqlarda 17-ci dəqiqədə Jan-Filipp Mateta, 30-cu dəqiqədə Manes Akliuş fərqlənib. 45+1-ci dəqiqədə isə Şahruddin Məhəmmədəliyev avtoqol müəllifi olub.
Fotolar: Elmir Kərimov
Article Categories:
Futbol









































































