İyl 3, 2026
49 Baxış
2 0

Bakıda keçirilən UFC turniri başa çatıb.

Yazar:

Milli Gimnastika Arenasında təşkil olunan yarışın bütün qarşılaşmaları yekunlaşıb.

Turnirin əsas döyüşündə Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gəlib. Yüngül çəkidə keçirilən qarşılaşmada Fiziyev ikinci raundda rəqibini nokaut edərək inamlı qələbə qazanıb.

Bununla da UFC-nin Bakıda keçirilən ikinci turniri uğurla başa çatıb. Paytaxt ilk dəfə bu nüfuzlu yarışa 2025-ci ildə ev sahibliyi etmişdi.

Qeyd edək ki, turnirdə Azərbaycanı təmsil edən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov isə amerikalı Erik Nolanı məğlub edib. Digər təmsilçimiz Nazim Sadıxov isə braziliyalı Mateus Kamiloya uduzub.

 

Fotolar: Elmir Kərimov

Bölmə yazıları:
Digər idman

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

The maximum upload file size: 1 GB. You can upload: image, audio, video, document, text, other. Links to YouTube, Facebook, Twitter and other services inserted in the comment text will be automatically embedded. Drop files here

Scroll Up

Elmir Photo